Ticarət festivallarında ƏDV, əcnəbilərlə yanaşı, yerli vətəndaşlara da qaytarılacaq
Vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Ələkbər Məmmədovla müsahibə.
- Ələkbər müəllim, yaxın zamanlarda Bakıda maraqlı bir iqtisadi yeniliyin şahidi olacağıq. Ümumiyyətlə, ticarət festivallarının başlıca məqsədi nədir?
- Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərindən biri turizm sənayesidir. Ölkəmizdə turizmin inkişafının davamlılığını təmin etmək məqsədilə qanunvericilik təkmilləşdirilir, mühüm proqram və layihələr icra olunur, dövlətin dəstəyi ilə müvafiq infrastruktur yaradılır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı «Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» sərəncam bu sektorun gələcək inkişafı üçün yeni bir mərhələ açır. Sərəncama uyğun olaraq həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda ticarət festivallarının («shopping festival») təşkilidir. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur. Ticarət festivallarının təşkili barədə bir sıra qanunvericilik aktları və sənədlər təsdiq olunub.
- Ticarət festivallarının keçirilməsində Vergilər Nazirliyinin hansı işləri yerinə yetirməsi nəzərdə tutulub?
- Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması qaydası dövlət başçısının 2017-ci il 20 fevral tarixli fərmanı ilə təsdiq edilib. ƏDV-nin qaytarılması ilə ticarət festivallarının operatoru kimi Vergilər Nazirliyi məşğul olur: ƏDV-nin qaytarılması işlərini təşkil edir, müvafiq proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə olunmasını təmin edir.
- ƏDV-nin qaytarılması proseduru necə nəzərdə tutulub?
- Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatı Vergilər Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada aparılır. Festival zamanı hər bir alıcı verginin qaytarılması ilə bağlı satıcılar tərəfindən izahlı məlumat əldə edə biləcəklər. Əgər alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa, satıcı ona ƏDV-nin qaytarılmasının 2-ci qaydası barədə də məlumat verməlidir. Bildiyiniz kimi, «Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası», yəni, qısaca olaraq, «Tax Free» sistemi mövcuddur və alıcı xarici vətəndaş olarsa, ona bu barədə də məlumat veriləcək. Bundan sonra həmin əcnəbi şəxs aldığı mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasını bu qaydalardan birinin tələbləri çərçivəsində özü seçə bilər.
Alıcı ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə satıcı Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-fakturası (e-VHF) tərtib edir və bu barədə məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. Alıcı ticarət festivalı dövründə aldığı mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə müəyyən olunmuş yerlərdə yaradılan xüsusi köşkə yaxınlaşaraq aldığı malların elektron vergi hesab-fakturasını vergi orqanının köşkdə çalışan əməkdaşına təqdim edir. Məlumatlar vahid məlumat bazasında yoxlanıldıqdan sonra avtomatik olaraq risk qiymətləndirməsi aparılır və onun nəticələri əsasında vergi orqanının əməkdaşı tərəfindən mallara baxılmalı olub-olmadığı açıqlanır. Yoxlamanın nəticələrinə uyğun olaraq qaytarılacaq ƏDV məbləği barədə təsdiq qeydi aparılır, sənəd möhürlənib alıcıya təqdim olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür. Müvəkkil bank isə vergi orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə münasibətdə milli və ya xarici valyutada) alıcının bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır.
- Ticarət festivalları dövründə hansı mallar üçün ƏDV qaytarılmayacaq?
- «Tax free» sistemində olduğu kimi, burada da bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır. Buraya aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir.
Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması yalnız bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda təmin edilir.
- Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması ilə «Tax free» sisteminin fərqi nədir?
- Əsas fərq budur ki, ticarət festivallarında alıcıya fərq qoyulmur. Yəni Bakıda təşkil olunacaq ticarət festivallarında ƏDV, əcnəbilərlə yanaşı, yerli vətəndaşlara da qaytarılacaq. «Tax free» sistemində isə ƏDV-nin qaytarılması yalnız əcnəbi turistlərə şamil edilir. Daha bir fərq də budur ki, «Tax-free» sistemində 300 manatdan artıq alınmış mallar üzrə ƏDV-nin qaytarılması nəzərdə tutulurdusa, ticarət festivalları zamanı bu hədd daha aşağıdır - bir e-VHF üzrə alınan malların dəyəri ƏDV ilə birlikdə 100 manatdan çox olmalıdır. «Tax-free» sistemində alıcı malı ölkə ərazisindən çıxardıqdan sonra ən geci 90 gün ərzində ƏDV geri qaytarılır, ticarət festivallarında isə belə məhdudiyyət yoxdur - mal alındığı gün ərzində ƏDV geri qaytarılır. «Tax-free» sistemində malların yoxlanılması və ƏDV-nin qaytarılması gömrük sərhəd-buraxılış məntəqələrində, ticarət festivallarında isə bilavasitə ticarət məkanlarında yaradılan xüsusi köşklərdə həyata keçirilir.
Ticarət festivalları dövründə festival iştirakçısı olan hər bir ticarət obyektindən mal almış istənilən şəxs ona lazım olan bir çox malları daha ucuz qiymətə əldə edə biləcək, bu isə öz növbəsində ticarət dövriyyəsinin artmasına səbəb olacaqdır.
© Vergiler.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 d. əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
5 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
6 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu























