Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib
® Azercell Telekom “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Eurasia İnnovation Day” və “Innovation Awards Gala” tədbirlərində iştirak edib
Rəqəmsal aləmin ən son yeniliklərini abunəçiləri üçün əlçatan etməyi hədəfləyən ölkənin lider mobil operatoru Azercell Telekom-un uğurlu fəaliyyəti diqqət mərkəzindədir. Oktyabr ayının 23-ü Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia Innovation Day” və “Innovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin səsverməsinə əsasən Azercell-in yeni brend kimliyinin təqdimatı “İlin innovasiya tədbiri” nominasiyası üzrə qalib seçilərək, “Azərbaycan İnnovasiya Mükafatı”na layiq görülüb. Xatırladaq ki, Azercell-in yeni brend kimliyinin təqdimatı cari ilin iyun ayının 21-i Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturlarının rəsmilərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Mərkəzin parkında təşkil edilən sərbəst girişli konsert zamanı isə ölkədə ilk dəfə olaraq, 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm şou sərgiləyib.
Məlumat üçün bildirək ki, dialoq platforması rolunu oynayan “Eurasia İnnovation Day” tədbirinə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri qatılıb. Tədbir çərçivəsində texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərin müzakirə olunduğu 3 panel təşkil edilib. “Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Paneldə “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov da çıxış edib. Krasimir Genov Azercell şirkətinin cari ilin iyun ayından etibarən fəaliyyətinin yeni dövrünə qədəm qoyduğunu və abunəçilərinin qarşısına ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operator olaraq çıxdığını bildirib. O, həmçinin rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən Azercell-in zənginləşən rəqəmsal məhsullar portfeli haqqında da geniş məlumat təqdim edib.
İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib. Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.
Qeyd edək ki, 18-24 oktyabr tarixlərini əhatə edən “InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azercell və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)




.jpg)

