Bu ünvanlardakı 4 binanın mənzillərinə "kupça" veriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə səyyar qeydiyyat kampaniyaları təşkil edilir.
Vətəndaşlara mənzillərini ünvanlarındaca qeydiyyata almaq imkanı verən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Bakı şəhərinin Nəsimi, Yasamal, Səbail və Xətai rayonlarında davam edəcək. Bu barədə "Marja"ya Komitədən bildirilib.
Səyyar qeydiyyat aksiyası 28-31 oktyabr tarixlərində paytaxt üzrə istismarına icazə verilmiş 4 bina üzrə 203 mənzili əhatə edəcək. Həftənin ilk günü qeydiyyat xidmətindən Nəsimi rayonu, Süleyman Rüstəm 27 və 29 ünvanındakı 19 mərtəbəli, 79 mənzilli binanın sakinləri istifadə edəcək. Oktyabrın 29-u səyyar kampaniya Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədəki 11 mərtəbəli, 44 mənzilli binada, 30-u isə Səbail rayonu, B.Sərdarov küçəsi, 128-ci məhəllə, ev 16 ünvanındakı 12 mərtəbəli, 20 mənzilli binada keçiriləcək. Oktyabrın 30-u Xətai rayonu, “Ağ Şəhər”, Mərkəzi bulvar küçəsi, 8 ünvanında yerləşən 6 mərtəbəli, 60 mənzilli bina sakinləri qeydiyyat xidmətindən yararlanacaq.
Mənzillərin səyyar qeydiyyatı xidmətindən istifadə etmək istəyən vətəndaşlar saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə səyyar ofisə yaxınlaşa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 37 d. əvvəl
-
58 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi





















