“Expressbank”ın xalis mənfəəti 8 dəfə artıb
“Expressbank” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü 25 milyon 590 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 8,1 dəfə artıb. “Expressbank” ASC 2018-ci ilin yanvar-sentyabr dövrünü 3 milyon 155 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Expressbank”ın faiz gəlirləri 4 milyon 798 min manat artaraq 27 milyon 913 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 775 milyon manat artaraq 11 milyon 89 min manat təşkil edib.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Expressbank”ın cəmi gəlirləri 6 milyon 573 min manat artaraq 39 milyon 2 min manat təşkil edib. Bank ötən ilin eyni dövründə 32 milyon 429 min manat təşkil etmişdi.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Expressbank”ın faiz xərcləri 1 milyon 401 min manat artaraq 7 milyon 968 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 685 min manat artaraq 27 milyon 228 min manat təşkil edib.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Expressbank”ın cəmi xərcləri 4 milyon 86 min manat artaraq 35 milyon 196 min manat təşkil edib. Ötən ilin eyni dövründə “Expressbank”ın cəmi xərcləri 31 milyon 110 min manat təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“Expressbank”ın cəmi gəlirlərinin cəmi xərclərindən sürətli artması əməliyyat mənfəətinin 2 milyon 487 min manat artaraq 3 milyon 806 min manata qalxmasını təmin edib. Bank ötən ilin 9 ayında 1 milyon 319 min manat əməliyyat mənfəəti əldə etmişdi.
Eyni zamanda mümkün zərərlər üçün yaradılmış ehtiyatın 21 milyon 783 min manatının azad olması hesabına mənfəət 25 milyon 590 min manata yüksəlib. Ötən ilin eyni dövründə ehtiyatın 1 milyon 836 min manatı azad olduğundan xalis mənfəət 3 milyon 155 min manat təşkil etmişdi.
30 Sentyabr 2019-cu il tarixində “Expressbank” 346 milyon 573 min manat cəmi aktivlərə malik olub, o cümlədən cəmi aktivlərin 186 milyon 578 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 395 milyon 204 min manat, müştərilərə verilən kreditlər 222 milyon 188 min manat təşkil etmişdi.
9 ay ərzində “Expressbank”ın cəmi depozit portfeli 52 milyon 920 min manat azalaraq 180 milyon 227 min manata düşüb. Azalma hüquqi şəxslərin hesablarındakı vəsaitlərin azalması ilə bağlıdır. “Expressbank”dan “Marja”ya bildirilib ki, cari il ərzində əhalinin yerləşdirdiyi əmanətləri illik 23,4% və ya 27.8 milyon manat artaraq 146 milyon 900 min manat təşkil etmişdir.
30 Sentyabr 2019-cu il tarixixində “Expressbank” 120 milyon 543 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)




.jpg)












