Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Palata: "Bank Standard"la bağlı verilən qərarlar ləngimişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata: "Bank Standard"la bağlı verilən qərarlar ləngimişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu ilin aprelindən ləğv olunmuş "Qafqaz İnkişaf Bankı" ASC-də qorunmayan əmanətlərin qaytarılmasına başlanacaq".

 

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Mərkəzi Bankı haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prosessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı bildirib.


"Vaxtımız imkan versə, bu günün ikinci yarısında Palatanın Direktorlar Şurasının iclası olacaq. "Parabank" qorunmayan əmanətlərini də ödəyib. "Parabank" bank olmayan kredit təşkilatına çevrilməklə bağlı bizə müraciət edib. Çünki onun balansında əmanətləri qalmayıb. Hüquqi şəxslərin banklardakı 12 milyon manatlıq hesab qalıqlarını ödəyib. Qorunmayan əmanətlər təxminən 20 milyon manat idi. Yəni 32 milyon manat məbləğində kompensasiya olunmayan öhdəlikləri icra edib. Onun balansında qalmış kreditlər və səhmdarların qoyduğu vəsait imkan verir ki, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərsin. Bankın lisenziyası geri alınanda onun 40 milyon manatlıq kapitalı var idi. Biz onun kapitalının tamamilə itirilməsini gözləmirdik. "Bank Standard" da vəziyyət başqa cür idi. Bu bank sistem əhəmiyyətli bank idi. Biz əlavə cəhdlər etdik. Dövlət əlavə inyeksiya etdi. Ola bilsin ki, biz orada qərarlar üçün ləngimişdik. Bu, faktdır".

30.03.2017 11:10
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18