“Embafinans”ın istiqrazları geri satınalma şərtilə satılacaq
Bank olmayan kredit təşkilatı “Embafinans” MMC-nin hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları geri satınalma şərtilə yerləşdiriləcək. Yəni, istiqrazı alan investor onu geri satıb pulunu ala biləcəkdir.
“Marja” Emissiya Prospektinə istinadən xəbər verir ki, investor tərəfindən geri satınalmaya təqdim edilən istiqraz “Unibank” tərəfindən alınacaq. Bir şərtlə; istiqraz geri satınalmaya ayda bir dəfə hər ayın faiz ödənişi günü təqdim edilməlidir.
Xəbər verdiyimiz kimi, 14 Noyabr 2019-cu il tarixində “Embafinans” MMC-nin 1 milyon manat məbləğində istiqrazları satılacaq. MMC istiqrazları 1 ildən sonra nominal dəyərində geri almağı və üzərində 10,5% ödəməyi vəd verir.
Yerləşdirmənin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
“Embafinans” mebel və məişət avadanlıqları bazarında lider şirkətlərin mallarının satışını kreditləşdirir.
“Embafinans”ın protfelində valyuta riski yaradancaq kreditlər yoxdur və kredit portfeli milli valyutada formalaşdırılmışdır. Kredit portfelinin 30 gündən çox gecikmədə olan nisbəti göstəricisi 5% ətrafında idarə olunur.
“Embafinans”ın kreditlərionə böyük tələb var. Ötən ilin Sentyabr ayı ilə müqayisədə “Embafinans” MMC-nin kredit portfeli 2 dəfə artaraq 30 Sentyabr 2019-cu il tarixində 37 milyon 920 min manata çatıb. Ötən ilin eyni tarixində təşkilatın kredit portfeli 19 milyon 50 min manat təşkil etmişdi. “Embafinans” MMC 2019-cu ilin 9 ayını 2 milyon 640 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə təşkilatın xalis mənfəəti 84% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 2 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























