Azərbaycan və Qazaxıstan birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edir
Azərbaycan və Qazaxıstan bərpa olunan enerji mənbələri, neft-servis xidmətləri üzrə birgə müəssisələrin yaradılması sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir. Bu barədə hökumətdən məlumat verilib.
"Bu məsələ Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu ilin oktyabr ayında Bakıda keçirilən iclasında müzakirə olunub", - deyə məlumatda bildirilir.
İclasda Qazaxıstan tərəfi Azərbaycan şirkətlərini Qazaxıstanda həyata keçirilən bərpa olunan enerji mənbələri ilə bağlı layihələr üzrə hərraclarda iştirak etməyə dəvət edib.
"Öz növbəsində, Azərbaycan Qazaxıstanın belə hərracların keçirilməsi və xüsusi tariflərin tətbiqi sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib", - deyə məlumatda qeyd olunur.
Bundan başqa, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində tərəflər Qazaxıstanda və Azərbaycanda neft-servis xidmətlərinin göstərilməsi üçün birgə müəssisələrin yaradılması, bu ölkələrin ərazilərində neft yataqlarının mənimsənilməsi üzrə layihələrin icrasına hər iki tərəfin cəlb olunması imkanlarını öyrənməklə bağlı razılığa gəliblər.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ