“Günay Sığorta”nın əməkdaşları BMU-nun tələbələrilə görüşüb
Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamenti və Təcrübə şöbəsinin təşkilatçılığı ilə “Günay Sığorta” ASC-nin əməkdaşlarıyla görüş keçirilib.
BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbələri üçün təşkil edilən görüşün əsas məqsədi tələbələrə gələcək karyeralarını qurmaqda məsləhətlər vermək olub.
Görüşdə sığorta sahəsinin Azərbaycanda yeni və inkişafda olan aktiv sahə olduğu vurğulanıb, həmçinin sığorta şirkətində olan vakansiyalar haqqında məlumat verilib. Sığorta şirkətinə kadr seçimində və müsahibə mərhələsində ali təhsil və dil biliyi ilə yanaşı, təcrübəyə də üstünlük verildiyi diqqətə çatdırılıb. Şirkətdə məsul aktuari sahəsinə tələbatın daha çox olduğu bildirilib. Aktuari sahəsində riyazi biliklərin mühüm əhəmiyyət kəsb edildiyi, daxili audit xidmətində analizetmə və düzgün araşdırma aparmaq qabiliyyətinin vacibliyi qeyd olunub.
Şirkətin əməkdaşları (İnsan resursları və katiblik şöbəsinin müdiri Kəmalə Əliyeva və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səidə Fətullazadə) sığorta fəaliyyətində peşəkar kadrların yetişdirilməsində və təcrübə qazanmasında maraqlı olduqlarını bildiriblər. Onlar tələbələrin bu prosesdə iştirak etməsi və təcrübə qazanması üçün şirkətin elan etdiyi “Tələbə Təcrübə Proqramı” haqqında ətraflı məlumat veriblər. Belə ki, sığorta şirkətində karyerasını qurmaq istəyən və bu sahədə biliklər əldə etmək istəyən tələbələr noyabrın ayının 30-na kimi [email protected] elektron poçtuna öz CV-lərini göndərə bilərlər. Mövzu (subject) hissəsində isə tələbələr universitetin və təcrübə keçmək istədikləri şöbənin adını qeyd etməlidirlər. Təcrübə proqramının sonunda uğur qazanmış şəxslərə şirkət tərəfindən iş təklif olunacaq.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 13 d. əvvəl
- 24 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 32 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























