Əhalinin borc yükü daha da artdı
2019-cu ilin Oktyabr ayının sonunda cəmi kredit qoyuluşları 14 milyard 445,8 milyon manat təşkil edib, bu, Sentyabr ayının sonu ilə müqayisədə 202.8 milyon manat və 1,4% çoxdur.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin sonu ilə müqayisədə (10 ayda) cəmi kredit qoyuluşları 1 milyard 425.5 milyon manat və ya 10,9% artıb.
ƏHALİNİN BORC YÜKÜ 10 AYDA 1 MİLYARD MANATADAN ÇOX ARTIB
Cəmi kredit qoyuluşlarındakı artımın böyük hissəsi (təxminən 80%-i) ev təsərrüfatlarına (əhaliyə) verilən kreditlərin artmasından qaynaqlanıb. Belə ki, ev təsərrüfatına verilən kreditlər 2019-cu ilin 10 ayı ərzində 1 milyard 111.4 milyon manat, o cümlədən Oktyabr ayında 138.9 milyon manat artaraq 6 milyard 431 milyon manata çatıb.
Cəmi kredit qoyuluşlarının 45,2%-ni ev təsərrüfatına verilən kreditlər təşkil edib. Sentyabrın sonunda bu nisbət 44,2%, ötən ilin sonunda isə 40.9% idi.
Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər xaric ev təsərrüfatına verilən cəmi kreditlər (istehlak kreditləri) 2019-cu ilin 10 ay ərzində 1 milyard 28.2 milyon manat, o cümlədən Oktyabr ayında 127.9 milyon manat artaraq 4 milyard 476.9 milyon manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
11 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























