Azərbaycanda maaşını kart ilə alanların sayı kəskin artıb
2019-cu ilin 10 ayı (yanvar-oktyabr) ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 236 min ədəd artıb, sosial kartların sayı 271 min ədəd, kredit kartlarının sayı isə 102 min ədəd azalıb.
2019-cu ilin Oktyabr ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 136 min təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda cəmi ödəniş kartlarının sayı 130 min ədəd azalıb. Sentyabrın sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 267 min ədədədək yüksəlmişdi. Azalma sosial kartların azalmasından qaynaqlanıb. Sosial kartların sayında azalma aqro kartların müddətinin bitməsi ilə əlaqədardır. Gələn ildən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalarını almaları üçün yeni fermer kartı veriləcəkdir.
Cəmi ödəniş kartlarının sayı Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min, İyulda 121 min ədəd, Avqustda 77 min, Sentybarda isə 58 min ədəd təşkil etmişdi.
Sentyabr ayı ilə müqayisədə Oktyabrda sosial kartların sayı 271 min ədəd azalaraq 2 milyon 383 min ədədə düşüb. Sentyabrda sosial kartların sayı 39 min ədəd azalaraq 2 milyon 654 min ədədə geriləmişdi. Son iki aydakı azalma 310 min ədəd təşkil edib.
Sentyabr ayı ilə müqayisədə Oktyabrda əməkhaqqı kartlarının sayı 64 min ədəd artaraq 2 milyon 276 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı isə 81 min ədəd artaraq 1 milyon 719 min ədədə çatıb. Kredit kartlarının sayı isə 5 min ədəd azalaraq 758 min ədədə düşüb.
2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-oktyabr ayları ərzində (10 ayda) cəmi ödəniş kartlarının sayı 625 min ədəd, o cümlədən, əmək haqqı kartlarının sayı 236 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartların sayı isə 630 min ədəd artıb. Sosial kartların sayı 139 min ədəd, kredit kartlarının sayı isə 102 min ədəd azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
24 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 25 d. əvvəl
-
42 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 50 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























