POS-terminalların sayı necə artır?
2019-cu ilin Oktyabr ayı ərzində ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminallarının sayı 831 ədəd artaraq 65 min 608 ədədə çatıb. Sentyabr ayının sonunda POS-terminalların sayı 64 min 777 ədəd təşkil etmişdi.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə (10 ay ərzində) POS-terminalların sayı 502 ədəd azdır. 2018-ci ilin sonunda POS terminalların sayı 66 min 110 ədəd təşkil etmişdi.
İyun ayının sonunda ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 63 min 396 ədədədək düşmüşdü. İyun – Oktyabr dövründə isə POS-terminalların sayı 2 min 212 ədəd artıb.
Oktyabrda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 882 ədəd artaraq 64 min 219 ədədə çatıb.
POS-terminalların 39 min 634 ədədi Bakıda yerləşən obyektlərdə, 25 min 974 ədədi isə regionlarda yerləşən obyektlərdə quraşdırılıb. Oktyabrda Bakıdakı obyektlərdə quraşdırılmış POS-terminalların sayı 571 ədəd, regionlardakı obyektlərdə quraşdırılan POS-terminalların sayı isə 260 ədəd artıb.
2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı. Sonradan sahibkarlar POS-terminallardan imtina etməyə başlamışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
53 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
57 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)






