"İdxal məcburiyyətində qalmamaq üçün benzinin qiyməti artırıldı"
İran Prezidenti Həsən Ruhani paytaxt Tehranda 3 dekabr Dünya Əlillər Günü münasibətilə keçirilmiş tədbirdə çıxış edib.
"Marja" xəbər verir ki, İran Prezidenti çıxışında etirazlara səbəb olan benzinin qiymətinin 300% artırılmasından da danışıb.
İstehlakdakı yüksək artım səbəbilə idxal məcburiyyətində qalmamaq üçün benzinin qiymətində tənzimləməyə getdiklərini qeyd edən Ruhani, "Benzin istehlakının bu şəkildə davam etməsi halında 2021-ci ildə yenidən benzin idxal etmək məcburiyyətində qalacaqdıq. Öz özümüzü təmin edə bilmək və benzin istehlakını nəzarət altına ala bilmək üçün kvota və qiymət tənzimləməsi ilə əlaqədar planı tətbiq etdik" deyib.
Ruhani, artımın hökumət üçün edilmədiyini qeyd edərək, "Benzin qiymətinin artırılmasından əldə ediləcək təxminən 300 milyon dolların hamısını da cəmiyyətin aşağı gəlir qrupuna paylayacağıq", ifadələrini istifadə edib.
ABŞ sanksiyaları və yenidən müzakirələrə bağlı da Vaşinqton rəhbərliyinin davamlı olaraq görüşmək üçün xüsusi mesaj göndərdiyini qeyd edən Ruhani, "Müzakirə üçün göndərdikləri mesajlar və tələblər, ictimaiyyətə etdikləri açıqlamaların tərsidir. Vasitəçi olan avropalılar da bunu bilir" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)

