“Günay Sığorta”dan yeni reklam çarxı - VİDEO
(®) Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” yeni "3D Əmlak Sığortası" məhsulu üçün hazırladığı reklam çarxını təqdim edib.
Yeni reklam çarxı məşhur “Cinealliance” şirkəti tərəfindən hazırlanmışdır.
Reklam çarxı şirkətin "Youtube", "Facebook" və "İnstagram" səhifələrində yerləşdirilmişdir.
Həmçinin şirkətin rəsmi "Facebook" səhifəsində (https://www.facebook.com/gunayinsurance/videos/456128515027388/ ) “Yeni il müsabiqəsi” elan olunmuşdur. Qalibə 100 AZN-lik kart hədiyyə olunacaq. Müsabiqə 29.12.2019-cu il tarixinə kimi davam edəcəkdir.
Qeyd edək ki, “Günay Sığorta” ASC-nin cəmi 79 manata təklif etdiyi 3 sığorta məhsulundan ibarət olan 3D əmlak sığortası Bakı şəhərində yerləşən mənzilləri sığortalamaq üçün nəzərdə tutulmuşdur. Sığorta məhsulları aşağıdakılardır:
1.Daşınmaz əmlakın icbari sığortası
2.Daşınmaz əmlakın könüllü sığortası
3.Daşınar əmlakın sığortası (Ev əşyalarının sığortası)
Müştərilər Daşınmaz əmlakın icbari sığortası üzrə 25.000 manat, Daşınmaz əmlakın könüllü sığortası üzrə 25.000 manat, Ev əşyalarını isə 5.000 manat dəyərində sığortalayacaqlar. 3D əmlak sığortası əldə etmiş müştərilər hadisə zamanı "Günay Sığorta"dan yük taksisi xidmətini də ödənişsiz əldə edəcəklər.
Əmlakı sığortalamaq üçün dövlət reyestrindən çıxarışı və şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə sığortalanan zaman əmlaka baxış keçirilmir və əmlakın foto şəkilləri təqdim olunmur.
Cəmi 79 manat ödəməklə 1 il ərzində müştərilər mənzillərini və ev əşyalarını yanğın, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, təbii fəlakətlər - zəlzələ, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri və s. kimi xoşagəlməz hallardan 55.000 manat dəyərində sığortalamış olacaqlar.
Məhsulu əldə etmək üçün müştərilər şirkətin məlumat mərkəzinə zəng edə (012 990), saytına (www.gunaysigorta.az) , rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/ ), instagram səhifəsinə (https://www.instagram.com/gunay_insurance/ ) müraciət edə və yaxud şirkətin baş ofisinə, nümayəndəliklərinə və satış nöqtələrinə yaxınlaşa bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 57 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























