Lənkəran İcra başçısının səhhəti ilə bağlı açıqlama
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə bağlı yayılan məlumatlar yalan və iftiradır.
Bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır:
“Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib. Taleh Qaraşov öz iş fəaliyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmalıdırlar”.
"124 MANATA KİRAYƏDƏ QALIR"
Dünən İmişli Rayon İcra Hakimiyyəti də icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib.
Açıqlamada bildirilir ki, məlumatların heç biri həqiqətə uyğun deyil.
"Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik", - deyə açıqlamada qeyd olunur.
Qeyd edək ki, Almaniyada yaşayan bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvəti olmasına dair siyahı paylaşıb. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edib.
İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


