Azərbaycan 250 milyon dollar borc aldı
Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) dövlət sektorunda effektivliyin artırılması üçün 250 milyon dollar məbləğində ikinci kreditə dair saziş imzalayıb. Bu barədə bankdan məlumat verilib.
“Kredit sazişi dekabrın 16-da maliyyə naziri Samir Şərifov və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov tərəfindən imzalanıb”, - deyə məlumatda bildirilir.
Kredit vəsaitlərinin Azərbaycan hökumətinin hesabına 2019-cu ilin sonunadək köçürüləcəyi gözlənilir.
Kredit 3 ili güzəştli olmaqla 15 il müddətinə və LIBOR+0,5% dərəcəsi ilə ayrılıb.
Xəbər verildiyi kimi, 2019-cu il noyabrın 28-də AİB-in Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi Altproqramı II” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2) üçün Azərbaycana 250 milyon dollar məbləğində ikinci kreditin ayrılmasını təsdiq edib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya 5,1 milyard dollar məbləğində kredit və qrant ayırıb.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























