İnşaat və əmlak sektoruna kredit qoyuluşlarında sıçrayış
Əgər 2019-cu ilin 10 ayı ərzində inşaat və əmlak sektoruna kredit qoyuluşları cəmi 11 milyon manat atrmışdırsa, 11-ci ayda, yəni noyabrda artım 183.6 milyon manat təşkil edib.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, inşaat və əmlak sektoruna kredit qoyuluşları 2019-cu ilin oktyabr ayının sonunda 399,9 milyon manat ikən, noyabr ayının sonunda 583,5 milyon manata çatıb.
İnşaat və əmlak sektoruna kredit qoyuluşları 2018-ci ilin sonunda 388,8 milyon manat təşkil etmişdi.
TİCARƏT VƏ XİDMƏT SEKTORUNA KREDİT QOYULUŞLARI GERİLƏYİB
Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında ticarət və xidmət sektoruna cəmi kredit qoyuluşları 76.8 milyon manat azalaraq 2 milyard 339,5 milyon manata düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna kredit qoyuluşları 68.9 milyon manat artaraq 611,2 milyon manata yüksəlib.
Kənd təsərrüfatına kredit qoyuluşları 700 min manat azalaraq 520,1 milyon manata geriləyib.
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları 43.8 milyon manat artaraq 1 milyard 207,8 milyon manata yüksəlib.
Sənaye və istehsal sektoruna kredit qoyuluşları isə 26 milyon manat artaraq 930,9 milyon manata çatıb.
Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) 383.6 milyon manat artaraq 6 milyard 814 milyon 600 min manata çatıb.
Noyabrda cəmi kredit qoyuluşları isə 670.6 milyon manat artaraq Noyabr ayının sonunda 15 milyard 116 milyon 400 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





