Kreditlərin orta faizi əmanətlərin orta faizindən 3 dəfə yüksəkdir - AZƏRBAYCANDA
01 Dekabr 2019-cu il tarixinə olan məlumata görə, fiziki şəxslərdən cəlb edilmiş 8 milyard 681 milyon 518 min manat əmanətin 90,4%-i və ya 7 milyard 847 milyon 493 min manatı Bakı şəhəri üzrə qəbul edilib. Regionlar üzrə cəmi 834 milyon 25 min manatlıq əmanət qəbul edilib.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cəmi əmanətlər orta hesabla 3,7%-lə cəlb edilib. Orta faiz dərəcəsi milli valyutada cəlb edilmiş əmanətlər üzrə 6,1%, xarici valyutada cəlb edilmiş əmanətlər üzrə 1,6% təşkil edib.
Tələb olunanadək manat və xarci valyutadakı əmanətlər üzrə orta faiz dərəcəsi 0,1% təşkil edib.
Müddətli əmanətlər üzrə orta faiz dərəcəsi – milli valyutadakı əmanətlər üzrə 9,8%, xarici valyutadakı əmanətlər üzrə 2,4% təşkil edib. Dekabrın əvvəlində banklarda fiziki şəxslərin milli valyutada 2 milyard 476 milyon 865 min manat, xarici valyutada isə 3 milyard 95 milyon 428 min manat (cəmi 5 milyard 572 milyon 293 min manat) əmanəti olub. Qalan 3 milyard 109 milyon 223 min manat əmanət tələb olunanadək şərtilə yerləşdirilib.
Bakı şəhərində əmanətlər orta hesabla 3,6%-lə cəlb edilib. Milli valyutada cəlb edilmiş əmanətlər üzrə orta faiz dərəcəsi 6,2%, xarici valyutada cəlb edilmiş əmanətlər üzrə orta faiz dərəcəsi isə 1,6% təşkil edib. Bakı şəhəri üzrə milli valyutada tələb olunanadək əmanətlər üzrə orta faiz dərəcəsi 0,2%, xarci valyutada tələb olunanadək əmanətlər üzrə orta faiz dərəcəsi 0,1% təşkil edib. Müddətli əmanətləri üzrə orta faiz dərəcəsi isə – milli valyutadakı əmanətlər üzrə 9,7%, xarici valyutada 2,4% təşkil edib.
01 Dekabr 2019-cu il tarixinə olan məlumata görə, ölkə üzrə 14 milyard 745 milyon 572 min manat kredit qoyuluşlarının 80,4%-i və ya 11 milyard 854 milyon 207 min manatı Bakı şəhəri, 2 milyard 891 milyon 365 min manatı regionlar üzrədir.
Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11.3%, Bakı şəhəri üzrə isə 9,5% təşkil edib. Orta faiz dərəcəsi milli valyutadakı kreditlər üzrə 14,2%, xarici valyutada 6,2%, milli valyutadakı qısamüddətli kreditlər üzrə 16,4%, uzunmüddətli kreditlər üzrə isə 13,8% təşkil edib. Xarici valyutadakı uzunmüddətli kreditlər üzrə orta faiz dərəcəsi isə 6,6% təşkil edib.
Qısası, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi (11.3%) əmanətlər üzrə orta faiz dərəcəsindən (3,7%) təxminən 3 dəfə yüksəkdir.
Azərbaycanda Manat kreditləri üzrə orta faiz dərəcəsi (14,2%) milli valyutada əmanətlər üzrə orta faiz dərəcəsindən (6,1%) təxminən 2,3 dəfə və ya 8,1 faiz bəndi yüksəkdir.
Milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi (14,2%) milli valyutada müddətli əmanətlər üzrə orta faiz dərəcəsindən ( 9,7%) 4,5 faiz bəndi, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi (6,2%) xarici valyutada müddətli əmanətlər üzrə orta faiz dərəcəsindən (2,4%) 3,8 faiz bəndi yüksəkdir.
Qısamüddətli manat kreditləri üzrə orta faiz dərəcəsi (16,4%) milli valyutada müddətli əmanətlər üzrə orta faiz dərəcəsindən (9,7%) 6,7 faiz bəndi yüksəkdir. Uzunmüddətli manat kreditləri üzrə orta faiz dərəcəsi (13,8%) milli valyutada müddətli əmanətlər üzrə orta faiz dərəcəsindən ( 9,7%) 4,1 faiz bəndin yüksəkdir.
Məlumat üçün bildirək ki, bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
26 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
41 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
50 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 53 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı























