"Faizlərin vaxtında ödənilməsi hesabına qiymətli kağızlara inam yaranmağa başlayıb"
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxdığı istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına müsbət təsir edib.
Bnu Real TV-yə açıqlamasında SOCAR-ın maliyyə bazarları üzrə baş məsləhətçisi və “SOCAR Capital” MMC-nin Məşvərət Şurasının üzvü Əli Ağaoğlu deyib.
"SOCAR istiqrazlarının dövriyyəyə buraxılması həm kapital bazarlarının inkişafı, həm də evlərdəki, yastıq altındakı pulların Azərbaycan iqtisadiyyatına cəlb olunması üçün həyata keçirilmiş bir layihə idi. O vaxt bu proses bir qədər vaxt apardı. Çünki insanlarda istiqrazın nə olması, bu bazarın necə inkişaf etməsi barədə fikirlər elə də yaxşı deyildi. İstiqrazlar fond bazarına inamsızlığın olduğu bir dövrdə bazara çıxarıldı. O vaxtdan bu günə qədər hər faiz ödənişində insanlara SOCAR istiqrazları və ümumilikdə qiymətli kağızlar bazarı barədə izahat verdik, həm bunun, həm də faizlərin vaxtında ödənilməsi hesabına inam yaranmağa başladı", - o qeyd edib.
SOCAR rəsmisinin sözlərinə görə, şirkətin bu istiqrazların geri alınmasına zəmanət verməsi də insanlara həmin qiymətli kağızlara inam yaradıb: "Biz marketmeykerlər vasitəsilə likvidliyi təmin etdik və SOCAR istiqrazları ilə əməliyyatlar artdı. Hətta bu istiqrazlarla repo əməliyyatları da həyata keçirildi və bu əməliyyatların ümumi dəyəri 33 milyon ABŞ dollarını keçib. Hazırda SOCAR istiqrazları repo əməliyyatlarına cəlb olunmuş yeganə qiymətli kağızdır".
Ə.Ağaoğlu onu da bildirib ki, Azərbaycan bankları SOCAR istiqrazlarının hesabına daha bir imkan əldə edə bilər: "Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparılması planlaşdırılır. Məqsəd odur ki, banklar əldə etdikləri istiqrazları girov kimi tənzimləyici qurumda qoyub valyutaya olan qısamüddətli ehtiyaclarını ödəsinlər".
© "Reprot"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 d. əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
54 d. əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
16 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Ən çox oxunanlar
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
















.jpg)




