"Sahibkarlar cərimə edilir, valyuta tənzimi əvvəlki formaya qaytarılsın"
Azərbaycanda sahibkarları narahat edən xüsusi məsələlərdən biri də valyuta tənzimi rejimi ilə bağlıdır.
"Marja" xəbər verir ki, bunu Mərkəzi Bankda sahibkarlarla görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirb.
Hal-hazırda qüvvədə olan Qaydalara əsasən xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməlidir.
Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirlər.
"Qeyd etmək istərdik ki, həyata keçiriləcək idxal əməliyyatlarının bir sıra obyektiv səbəblərdən xaricdəki avadanlıq istehsalçılarının öz planlamaları, sifarişlərin növbəliliyi, sifariş olunan avadanlıqların hazırlanmasının böyük və mürəkkəb texnoloji proses olması, hazırlıq prosesində texniki dəyişikliklərin edilməsi və maliyyə məsələləri, o cümlədən növbəti ödənişlərin edilməsində maddi problemlərin, gecikmələrin olması, xarici istehsalçıların müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi və ya müqavilədə istehsal ediləcək avadanlığın hazırlanma müddəti ilə qanunvericilikdə qeyd edilən müddətin uyğunlaşmaması halları baş verir. Eləcə də avadanlıq hissələr şəklində daxil olaraq burada yığılır və bu zaman da sənədləşmədəki fərqləri əsas gətirərək sahibkarlara cərimə tətbiq edilir.
Təklif edirik ki, valyuta tənzimi əvvəlki formaya 360 günə qaytarılsın və bundan əlavə bəzi mürəkkəb avadanlıqların idxalı zamanı xüsusi mexanizmlər, məsələn sövdələşmə tarixçəsi tətbiq edilsin",- Məmməd Musayev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 17 saat sonra
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)



