Fermerlərə ödəniləcək əkin subsidiyasının məbləği necə müəyyənləşir? -PROSEDUR
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı proses davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hazırda fermerlərin sistemə daxil etdiyi torpaq sənədlərinin və payızlıq əkin məlumatlarının yoxlanılması aparılır.
Payızlıq əkinlərlə bağlı subsidiyaların verilməsi yoxlamaların tamamlanması ardıcıllığına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Artıq ilkin sənəd qəbulundan sonra hesablanmış subsidiya məbləğləri barədə məlumatı ehtiva edən elektron bəyannamə-ərizələr fermerlərin şəxsi kabinetlərinə göndərilib. Bununla bağlı fermerlərin mobil nömrələrinə müvafiq SMS göndərilib və onlar şəxsi kabinetə bildiriş göndərilməsi ilə bağlı məlumatlandırılıblar. Elektron bəyannamələr fermer tərəfindən 3 gün ərzində təsdiqlənmədiyi təqdirdə avtomatlaşdırılmış qaydada təsdiqlənəcək və yoxlamaya mərhələsinə yönləndiriləcək. Bu məlumatlarla razı olmayan fermer elektron kabineti vasitəsilə müraiət edə, yaxud DAİM-lərə gəlib təklif və ya şikayətini təqdim edə bilər.
Yoxlamalar - sənədlər əsas götürülməklə a) inteqrasiya vasitəsilə digər qurumlardan əldə edilən məlumatlarla uzlaşdırma, b) peyk yoxlaması, c) aidiyyəti orqanlara sorğuların göndərilməsi, d) yerində yoxlamalar vasitəsilə həyata keçiriləcək. Yoxlama nəticəsində yekun subsidiya məbləği dəqiqləşdirilmiş olacaq, fərqliliklər barədə fermerlərə bildirişlər göndəriləcək. Burada əhəmiyyətli olan doğru torpaq sənədinin təqdim edilməsi və həmin torpaq ərazinə əkilən bitki hektarı və növü barədə doğru informasiyanın sistemə təqdim edilmiş olmasıdır. Kənarlaşmalar barədə qəbul edilən yeni Qaydaya uyğun tədbirlər görüləcəkdir.
Çoxillik əkmələrlə bağlı edələn bəyanlara uyğun olaraq hesablamaların, yoxlamaların aparılması və optimal müddətdə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib. Hər bir fermer üçün sənədlərini təqdim etdiyi torpaq sahələrində əkdiyi və bəyan etdiyi bitki növü üzrə baza məbləğinə əmsal tətbiq edilməklə əkin subsidiyası hesablanır.
Əkin subsidiyası veriləcək bitkilər üzrə əmsallar barədə artıq Aqrar Subsidiya Şurası tərəfindən qərar qəbul edilərək ictimaiyyətə elan edilib (http://akia.gov.az/az/single/36). Fermerlər bu subsidiya məbləğini 2019-cu ildən onların istifadəsinə verilən kalkulyator http://akia.gov.az/az/calc/ vasitəsilə öyrənə bilirlər.
Nəzərə alınmalıdır ki, pambıq, tütün, fındıq, çəltik, çay bitkilərinin istehsalı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən rayonlar üzrə dəstəklənir. Burada məqsəd qeyd edilən bitkilərin yüksək məhsuldarlıq əldə edilən və ya edilə biləcək rayonlar üzrə istehsalının dəstəklənməsidir.
Əkin subsidiyası üzrə növbəti yenilik damcı suvarma sistemi ilə təmin olunmuş yeni intensiv meyvə bağlarına daha yüksək əmsalla (2-4 arası) dəstəyin müəyyən edilməsi və bu dəstəyin ilk 4-5 il ərzində davam etməsidir. Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Əkin subsidiyası üzrə xidmətin reqlamenti https://www.dxr.az/xidmet/6E6B75BE-5ADF-47F7-A327-BA0F02653E16/23A0CB12-5A60-C311-BF0D-6C3BE51E53F1 ünvanında vətəndaşların diqqətinə təqdim edilib.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ən çox oxunanlar
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Putin Əliyevə zəng edib



















