“PAŞA Həyat”ın dəstəyi ilə Sumqayıt məktəbliləri üçün sosial layihəyə start verilib
"PAŞA Həyat Sığorta" şirkətinin dəstəyi ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" adlı layihəyə start verilib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "MArja"ya verilən məlumata görə, Sumqayıt şəhər 18 saylı orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İstehsalat Birliyi və digər müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Bildirilib ki, layihənin əsas məqsədi gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.
Layihəyə Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 məktəbdən 500-dən çox şagird qatılacaq. Seminar tipli layihədə hər təhsil ocağından 10-12 yaş arası əlaçı şagirdlər iştirak edəcək.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta şirkəti "Futbol və Sağlam Həyat" layihəsinə 2014-cü ildən dəstək göstərir. Layihə “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə həyata keçirilir. İndiyədək bu müddət ərzində 2000-dən çox məktəbli sözügedən layihənin iştirakçısı olub.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkət korporativ sosial məsuliyyətini dərindən dərk edərək cəmiyyət üçün mühüm əhəmiyyətə malik olan sosial layihələrin icrasına daim dəstək göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
37 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















