Bu gün çökən elektron sistemə 9 milyon manatdan çox pul xərclənib - ARAŞDIRMA
“Elektron ipoteka və kredit zəmanət sistemi” 2-3 min manata hazırlanmış sayt deyil. Belə sistemlərin hazırlanmasına milyonlar sərf edilir.
“Marja”nın xəbər verdiyi kimi, bu gün yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə elektron müraciətlərin qəbulu prosesinə başlanılmalı idi. Amma bu baş vermədi, istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qaldı. Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yarandı. Bunu İpoteka və Kredit Zəmanət Fondu da təsdiq edib.
“Marja.az”ın araşdırılmasına görə, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu 2017-ci ildə Elektron hökumət portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsinə 5 milyon 988 min 622 manat xərcləyib. Sistem Fondun sifarişi ilə “Cybernet” MMC tərəfindən yaradılıb.
Fond 2018-ci ildə isə Elektron ipoteka və kredit zəmanət sistemində yeni funksionallıqların yaradılması üçün “GT Solyuşnz” MMC şirkətilə 2 milyon 990 min manatlıq müqavilə bağlayıb və bu vəsaiti adı çəkilən şirkətə ödəyib.
Növbəti illərdə İpoteka və Kredit Zəmanət Fondu informasiya texnologiyalarına dair avadanlıqların satınalınmasına 240 min manata yaxın vəsait xərcləyib.
İctimaiyyətə açıqlanmış məlumatlara görə, Fondun indiyədək elektron sistemə xərclədiyi vəsait 9 milyon 200 min manatdan çoxdur.
9 milyon manatdan çox vəsaitin xərcləndiyi sistemin istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması nəticəsində çökməsi qəbuledilməzdir. Həmçinin, ölkdə ilk dəfə sosial evlərin satışna başlayan gün də bu problem yaranmışdı. Bu gün problemin təkrarlanması göstərir ki, baş verənlərdən dərs çıxarılmamışdır.
HƏMÇİNİN OXU:"Portal artıq yüklənməyə məruz qalıb, problemlər yaranıb" - RƏSMİ AÇIQLAMA
HƏMÇİNİN OXU:"Elektron ipoteka və kredit zəmanət" sistemi çökdü
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)


.jpg)


