3-cü böyük özəl bankdan 33 milyon manatdan çox xalis mənfəət
Aktivlərinin həcminə görə Azərbaycanın 3-cü böyük özəl bankı olan Xalq Bank 2019-cu ili 33 milyon 447 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 5 milyon 704 min manat və ya 20,5% çoxdur. Xalq Bank 2018-ci ili 27 milyon 743 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə Xalq Bankın cəmi faiz və qeyri-faiz gəlirləri 130 milyon 301 min manat, cəmi faiz və qeyri-faiz xərcləri (faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar xərci daxil) 82 milyon 461 manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 47 milyon 840 min manat əməliyyat mənfəəti yaranıb. Xalq Bank əməliyyat mənfəətindən 6 milyon 90 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 8 milyon 522 min manat mənfəət vergisi ödəyib. Nəticədə, Bankın 33 milyon 447 min manat xalis mənfəəti qalıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Xalq Bankın faiz və qeyri-faiz gəlirləri 119 milyon 91 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 66 milyon 502 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 52 milyon 589 min manat təşkil etmişdi.
2018-ci illə müqayisədə 2019-cu ildə Xalq Bankın cəmi gəlirləri 11 milyon 210 min manat, cəmi xərcləri isə 15 milyon 959 min manat artıb. Xərclər gəlirlərdən 4 milyon 750 min manat çox artdığından illik müqayisədə əməliyyat mənfəəti bir o qədər azalıb. Xərclərin artmasının səbəbləri faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar və qeyri-faiz xərclərinin artmasıdır. Bakın faizlər və onlara bağlı xərcləri isə azalıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixində Xalq Bankın cəmi aktivləri 2 milyard 458 milyon 468 min manat, o cümlədən müştərilərə verilən kreditlər 1 milyard 829 milyon 642 min manat təşkil edib.
31 Dekabr 2018-ci il tarixində Xalq Bank 2 milyard 8 milyon 178 min manat cəmi aktivlərə malik idi. Aktivlərin 1 milyard 382 milyon 604 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
HƏMÇİNİN OXU:Xalq Bank 2019-un yekunlarını açıqladı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
9 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 9 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















