Mərkəzi Bankın "komisyon 15%-dən yüksək olmasın" tapşırığı müzakirə edilib
Qısa zaman ərzində komisyon faizlərinin 15%-ə qədər azaldılması üçün zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Son dövrdə gündəmdə yer alan və ictimaiyyətin geniş marağına səbəb olan məsələlərdən biri də İcbari Sığorta növləri üzrə (NVSMMİS və Daşınmaz əmlak) komisyon muzdlarının yüksək faizləri mövzusudur.
Yanvar ayının 29-da “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin sədri Azər Əliyevin rəhbərliyi ilə Monitorinq işçi qrupunun bu mövzuya həsr edilmiş növbəti iclası keçirilib.
ASA-nın üzvü olan Qeyri-həyat Sığorta şirkətlərinin Satış və sığorta xidməti üzrə departament rəhbərlərinin iştirakı ilə keçirilən iclasda komisyon muzdlarının mövcud yüksək faizlərinin sığorta bazarına vurduğu ziyan, eləcə də komisyon faizlərinin qanunsuz artımına son qoyulması istiqamətində tədbirlərin həyata keçirilməsi, komisyon muzdlarının 15%-dən yüksək olmamasına dair Mərkəzi Bankın tapşırığı da müzakirə edilib.
Əsas Nəzarət orqanının tələb və tapşırıqlarından irəli çıxan vəzifə və öhdəliklər iclas iştirakçılarının nəzərinə çatdırılıb. Nəticə olaraq qısa zaman ərzində komisyon faizlərinin 15%-ə qədər azaldılması üçün zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.
ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

















