“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD məzənnəsi keçən həftə 1.0580$-a kimi ucuzlaşıb və qısa müddətli perspektivdə 1.0517$-a kimi də ucuzlaşa bilər. Bu həftə məzənnəyə güclü təsir edə biləcək məlumatlar arasında cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiya səviyyəsi investorlar tərəfindən daha maraqla gözənilir. Bununla yanaşı Fransada baş tutacaq prezident seçkisi, Almaniyada parlament seçkiləri və Yunanistana növbəti maliyyə yardımı müzakirələri fonunda gözləntilər diqqət mərkəzində saxlanılmalıdır.
GBP
Funt sterlinqin qiyməti də keçən həftə 1.24$-a kimi ucuzlaşıb və 1.23$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Böyük Britaniyanın Avropa Birliyi ilə münasibətlərinin soyuması, daxili siyasətində də riskləri artırır. Bu siyasi qeyri-müəyyənlik isə maliyyə bazarlarında da öz əksini tapır.
TRY
Türkiyə maliyyə bazarlarında Türkiyədə inflyasiyanın son 8 ayın maksimum səviyyəsinə kimi artması xəbəri, Türk lirəsinin 3.75TL-ə kimi ucuzlaşmasına səbəb olub. Təhlillər isə qiymətin 3.81TL-ə kimi də ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.
OIL
Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti keçən həftə 56$-a kimi bahalaşıb. Amerikanın neft ehtiyatlarında azalma ilə bağlı məlumatlar, tələbatın artmasına işarədir ki, bu da qiymətlərin bahalaşmasına səbəb olur. Qiymət gələcək günlər ərzində də 55$-ın üzərində ticarət oluna bilər.
GOLD
Dünyada geosiyasi risklərin yenidən artması, əlvan metallar bazarında qızıla olan tələbin yüksək olmasına səbəb olur. Belə ki, keçən həftə 1271$-a (40.8$/qram) kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti cümə 1252$-a (40.2$/qram) kimi ucuzlaşsa da, 1250$-ın üzərində qaldıqca, 1282$-a (41.1$/qram) kimi də dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
16 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
17 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
17 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
























