Maliyyə Nazirliyi 8.2% ödəməyə qərar verdi - 10 MİLYON MANAT BORC ALINDI
18 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 98.0000 AZN (9.1315%) və 102.526 AZN (7.9980%) olan 14 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9422 (8.3875%), orta ölçülmüş qiyməti 101.6595 (8.2102%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 milyon 292 min 300 manat, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 21 yanvar 2025-ci ildir.
Hərrac iştirakçıları 19 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
İstiqrazların buraxılış parametrlərinə görə, emissiyanın həcmi 10 milyon manatdır. Emissiya hər birinin nominal dəyəri 100 manat təşkil edən 100 min istiqrazdan ibarətdir.
HƏMÇİNİN OXU: Dövlət birinin qiyməti 100 manat olan 100 min istiqraz satışa çıxarır - 8,5% GƏLİR
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
50 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
54 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
57 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü



















.jpg)






