“Amrahbank”da növbəti qanvermə aksiyası keçirilib
Məlum olduğu kimi paytaxtımız Bakı şəhərində, Azərbaycanın regionlarında talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Yaşadığımız mühitdə mövcud olan belə ictimai-sosioloji problemlərə biganə qalmamaq məqsədi ilə ötən illərdə olduğu kimi Amrahbank ASC bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində "Azərbaycan Talassemiya Federasiyası" ilə birlikdə qanvermə aksiyası keçirib.
Beynəlxalq Sağlamlıq Gününə təsadüf edən qanvermə aksiyası aprel ayının 7-də, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 45A, 987-ci məhəlllə ünvanında yerləşən "Amrahbank"ın baş ofisində təşkil olundu. Aksiyada Amrahbank kollektivinin üzvlərindən başqa, müştərilərin, qonaqların da aktiv iştirakı ilə 40-a qədər könüllü qan verib.
Tədbirdə iştirak edən Amrahbank İdarə Heyətinin sədri cənab Emil Həsənov, aksiya iştirakçılarına Amrahbank adından öz təşəkkürünü bildirdi, qan donorluğu, xüsusilə korporativ donorluğun əhəmiyyətindən danışdı və belə sosial əhəmiyyətli korporativ tədbirlərin bundan sonra da davam etdiriləcəyini bir daha vurğulanıb.
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.
Hal-hazırda bankın 23 filiali və bir şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir,, Bərdə, Gəncə, Masallı kimi regionlarını da əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
35 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 55 d. əvvəl
-
59 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















