Mərkəzi Bank yubiley və xatirə pul nişanları satır - QİYMƏTLƏR
Mərkəzi Bank tərəfindən 2019-cu il ərzində 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikeldən olan ümumilikdə 1844 ədəd yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılmışdır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, pul nişanları beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilmişdir.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəmizin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə həsr olunmuş, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır. Tədavülə buraxılan yubiley və xatirə pul nişanları ölkə ictimaiyyəti, yerli və beynəlxalq numizmatlar tərəfindən maraqla qarşılanır",- Mərkəzi Bankın məlumatında deyilir.
Qeyd etmək istərdik ki, Mərkəzi Bank tərəfindən satışda olan yubiley və xatirə pul nişanları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində "Milli pul nişanları" bölməsində yerləşdirilir.
Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmtələr portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq müraciət edə və ya Mərkəzi Bankın milli pul nişanları üzrə qaynar xətti ilə (012 4931122 (386)) əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 15 d. əvvəl
-
-
33 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
45 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























