NBC Bank böyüməyə başlayıb
NBC Bank ASC 2017-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, ilk 3 ayda Bankın cəmi gəlirləri 4 milyon 441 min manat, o cümlədən faiz gəlirləri 3 milyon 541 min manat, qeyri-faiz gəlirləri 900 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri isə 3 milyon 334 min manat olduğundan Bank ilk rübü 1 milyon 107 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bank əməliyyat mənfəətini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyindən, 80.5 min manatlıq zərər yaranıb. Qeyd edək ki, ehtiyatlar "bufer" rolunu oynayır və belə ayırmalar Bankı gücləndirir. Bankın əməliyyat mənfəətini xalis mənfəətə deyil, depzoit və kreditlər üzrə baş verə biləcək itkilərə görə ehtiyatlara ayırması müsbət haldır.
AKTİVLƏRİ ARTIB
NBC Bank 31 Mart 2017-ci il tarixinə 165 milyon 268 min manat cəmi aktivlərə, 111 milyon 937 min manat cəmi öhdəliklərə, 53 milyon 331 min manat cəmi kapitala malik olub. Bank 2016-cı ilin sonunda 158 milyon 970 min manat cəmi aktivlərə, 106 milyon 31 min manat cəmi öhdəliklərə, 52 milyon 939 min manat cəmi kapitala malik idi.
Birinci rübdə Bankın kredit portfeli 120 milyon 975 min manatdan 126 milyon 264 min manata yüksəlib. Bankda depozitlər isə 67 milyon 598 min manatdan 71 milyon 642 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)



