Xalq Bankın Visa kartları ilə ödəniş edənlər 100 manat qazana bilərlər
® ASC “Xalq” Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankının Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 mart 2020-ci il tarixdən başlayan və mart-aprel ayları ərzində davam edəcək “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyaya qoşulub.
Bu dövr ərzində Xalq Bankın Visa ödəniş kartları ilə alış-veriş və xidmət məntəqələrinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə bir şans verəcək.
Lotereyanın ilk tirajı aprel ayının 15-də keçiriləcək və 1-31 mart tarixlər arası həyata keçirilən əməliyyatları əhatə edəcək. May ayının 15-də keçiriləcək ikinci tirajda aprel ayı üzrə əməliyyatlar iştirak edəcək. Lotereyanın uduş fondu 33 000 manat təşkil edir. İki tiraj nəticəsində hər biri 100 manat (vergi çıxıldıqdan sonra) olmaqla 300 qalib müəyyən olunacaq. Lotereyada qazanılmış vəsait qalib şəxsin kart hesabına köçürüləcək.
Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb













.jpg)




.jpg)








