“A - Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti azalıb - ŞİRKƏTİN XƏRCLƏRİ ARTIB
“A - Qroup Sığorta Şirkəti” ASC 2019-cu ili 1 milyon 625 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2018-ci ili 2 milyon 163 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “A - Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti 538 min 334 manat və ya 24,8% azalıb.
Marja şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “A - Qroup Sığorta Şirkəti”nin cəmi gəlirləri 15 milyon 381 min manat, cəmi xərcləri isə 13 milyon 350 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Şirkətin cəmi gəlirləri 13 milyon 998 min manat, cəmi xərcləri 11 milyon 294 min manat təşkil etmişdi. Beləliklə, 2018-ci illə müqayisədə ötən il “A - Qroup Sığorta Şirkəti”nin cəmi gəlirləri 1 milyon 383 min manat və ya 9,9%, cəmi xərcləri isə 2 milyon 56 min manat və ya 18,2% artıb.
“A - Qroup Sığorta Şirkəti”nin cəmi xərclərinin cəmi gəlirlərindən təxminən 2 dəfə çox artması xalis mənfəətin düşməsinə səbəb olub. Şirkətdə təkrarsığortaya verilmiş sığorta haqları üzrə və işlərin aparılması xərcləri artıb.
Ötən il “A - Qroup Sığorta Şirkəti” nin topladığı sığorta haqları 15 milyon 125 min manat, sığorta ödənişləri isə 8 milyon 538 min manat təşkil edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























