“Biz gəlirik, siz evdə qalın” – İrşad Electronics-dən tənha yaşlılara dəstək
Sosial kampaniya 300 nəfər yaşlı tənha insanın gündəlik ehtiyaclarını qarşılamağa yönəlib(®) “Bizim əlimizdən tutdunuz, yeriməyi, yüyürməyi öyrətdiniz, həyatı öyrətdiniz, insanlığı öyrətdiniz. İndi bizim sizin əlinizdən tutmağımızın vaxtıdır. İndi insanlıq vaxtıdır”, – İrşad Electronics pandemiya dövründə yaşlıların qorunması üçün sosial kampaniyaya bu düşüncə ilə yola çıxdığını bəyan edib.
Sosial kampaniya 300 nəfər yaşlı tənha insanın gündəlik ehtiyaclarını qarşılamağa yönəlib. Kampaniyanın əhatə edəcəyi insanlar Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə birgə müəyyənləşdiriləcək.
“Cəmiyyətimizdə yaşca böyük insanlara hər zaman böyük hörmət və qayğı olub. Təbii ki, bu mədəniyyəti də bizə yaşca böyüklərimiz aşılayıb. Üzərimizdə çəkdikləri əziyyəti heç nə ilə ödəyə bilməsək də, sevildiklərini hiss etdirmək üçün hər birimiz səmimi qəlbdən bu aksiyaya qoşulmalıyıq” – şirkət sosial şəbəkədə kampaniya barədə anonsunda qeyd edib.
İrşad Electronics Koronavirusa qarşı Mübarizə Fonduna 30 min manat vəsait köçürməsi ilə yanaşı, ölkə üzrə 30-dan artıq mağazasının fəaliyyətini müvəqqəti dayandırıb, satışların sayt üzərindən elektron qaydada təşkilini və ofis əməkdaşlarının evdən çalışmasını təmin edib, müştərilərinin aprel ayı üzrə kredit ödənişlərini 1 ay ertələyib.




Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 4 d. əvvəl
- 8 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub











.jpg)






.jpg)


