"Xalq Sığorta" maliyyə vəziyyətini açıqladı
"Xalq Sığorta" ASC 2019-cu ili 17 milyon 656 min manat xalis zərər ilə başa vurub. "Xalq Sığorta"2018-ci ili 2 milyon 250 min manat xalis mənfəətlə bağlamışdı.
Marja şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il "Xalq Sığorta"nın cəmi gəlirləri 12 milyon 435 min manat, cəmi xərcləri isə 30 milyon 91 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən şirkət zərər ilə üzləşib.
“Xalq Sığorta”nın ötən il topladığı 28 milyon 355 min manat sığorta haqlarının 18 milyon 166 min manatını ehtiyata yönəltməsi şirkətin cəmi gəlirlərinin düşməsinə və şirkətin zərər etməsinə səsəb olub.
2018-ci ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 13 milyon 98 min manat, cəmi xərcləri 10 milyon 276 min manat təşkil etmiş, Şirkət 2 milyon 822 min manat maliyyə mənfəətindən 572 min manat mənfəət vergisi ödəmişdi.
“Xalq Sığorta” 2018-ci ildə 14 milyon 491 min manat sığorta haqları toplamış, 3 milyon 811 min manat sığorta ödənişləri həyata keçirmişdi. 2019-cu ildə bu rəqəmlər müvafiq olaraq 28 milyon 355 min manat və 15 milyon 919 min manat təşkil edib.




Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 d. əvvəl
-
33 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 38 d. əvvəl
- 52 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb





.jpg)










.jpg)








