Neft Fondu ilin sonuna hərraca 4 milyard dolları çıxarmağı planlaşdırır
ARDNF-nin 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülüb və buna uyğun olaraq ARDNF-nin gəlirləri 12 384,1 mln. manat (7 284,8 mln. ABŞ dolları) və xərcləri 11 589,9 mln. manat (6 817,6 mln. ABŞ dolları) səviyyəsində proqnozlaşdırılıb.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) bildirilib.
Qeyd edilib ki, cari ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-yə ümumilikdə 2 219 mln. ABŞ dolları, o cümlədən mənfəət nefti və qazının satışından 1 763 mln. ABŞ dolları həcmində vəsait daxil olub və neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil edib. Bununla yanaşı, həmin dövr üzrə ARDNF-nin xərcləri 2 763 mln. ABŞ dolları ( 4 697 mln. manat) təşkil edib.
Bildirilib ki, xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər: "Lakin qeyd etmək istərdik ki, ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard ABŞ dolları həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
13 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
14 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
35 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
40 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
47 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib







.jpg)







.jpg)








