95 milyon manata yaradılan zavodda son sazlama prosesi gedir - TEZLİKLƏ İŞƏ DÜŞƏCƏK
Sumqayıt Kimya Sənaye Parkında bu il yeni müəssisələr fəaliyyətə başlayacaqSumqayıt Kimya Sənaye Parkında (SKSP) “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun və “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin bu ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.
Bunu "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov deyib.
Onun sözlərinə görə, şüşə istehsalı zavodunda hazırda avadanlığın sazlama prosesi gedir: “Zavodun investisiya dəyəri 95 mln ABŞ dolları təşkil edir”.
N.Talıbov qeyd edib ki, investisiya dəyəri 18 mln ABŞ dolları olan “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikində də tikinti işləri bitib, hazırda avadanlığın sazlama prosesi gedir: “Fabrikdə tətbiq edilən texnologiya İtaliya, Türkiyə, Fransaya məxsusdur”.
Xatırladaq ki, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkara rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir. Sənaye parkına ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
19 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
33 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 41 d. əvvəl
- 45 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)
