Azərbaycanın ən iri tekstil müəssisəsi maska istehsal edəcək
Ölkənin ən iri tekstil müəssisəsi olan “Gilan Tekstil Park” MMC qısa müddət ərzində istehsalat prosesində dəyişikliklər edib, tələb olunan xammalı alıb, qoruyucu kombinezonların istehsalına başlayıb, tibbi maskaların istehsalına isə növbəti həftə ərzində start verəcək.
Məlumata görə, fasiləsiz iş rejimində çalışan “Gilan Tekstil Park”-da həftəlik istehsal gücü 30 000 qoruyucu kombinezon və minimum 1 000 000 tibbi maska təşkil edəcək.
İstehsal olunan Tyvek®Klassik modelli qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli maddələrdən və ya həssaslıq yarada bilən məhsullardan və proseslərdən qorumaq üçün nəzərdə tutulur.
Tibbi maskaların istehsalı üçqatlı texnologiya ilə həyata keçiriləcək. Nəticədə havada uçan müxtəlif kateqoriyalı və fərqli ölçülərdə virusları, infeksiyaları, o cümlədən tozu və digər çirkli hissəcikləri maskanın istehsalında istifadə olunan xüsusi materiallar üçqat birləşərək filtr edir və insan sağlamlığına ziyan vura biləcək elementləri maskada saxlayır.
İndiyə qədər daxili bazarda qoruyucu kombinezon və tibbi maskalara olan tələbat idxalın hesabına ödənilirdisə, dünyada COVİD-19 pandemiyası ilə əlaqədar tələbatın dəfələrlə artması səbəbindən xaricdə məhsulların böyük qıtlığı yaşanıb. Nəticə etibarilə həmin məhsullara olan ehtiyacın yerli istehsal hesabına ödənilməsi zərurətə çevrilib. İstehsalı üçün tələb olunan xüsusi xammal və müasir avadanlıq qısa müddətdə müəssisəyə gətirilib və istehsal xətti istifadəyə verilmək üzrədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






