Türkiyə Mərkəzi Bankından güclü faiz endirimi
Türkiyə Mərkəzi Bankı Aprel yığıncağında pul siyasəti faizini 1 faiz bəndi azaldaraq 8.75%-ə endirdiTürkiyə Mərkəzi Bankı (TCMB) faizi 1 bənd azaldaraq 9,75%-dən 8,75%-ə endirib. Bu, proqnozlardan yüksəkdir.
Marja xəbər verir ki, faizin 0,50 bənd azaldılacağı gözlənirdi.
Türkiyə Mərkəzi Bankı sonuncu dəfə keçən ay təcili yığıncaqla 1 bənd faiz endiriminə getmiş və faizini 9.75%-ə salmışdı.
Dollar/TL məzənnəsi proqnozdan daha böyük faiz endiriminə hələlik kəskin reaksiya verməyib. Bakı vaxtı ilə saat 15:03-də Dollar/TL məzənnəsi 6,9954 səviyyəsində olub.
Bankın açıqlamasında iqtisadi fəaliyyətin koronavirusun təsiri ilə Mart ayı ortalarından etibarən zəifləməyə başladığı qeyd edilib, başda xam neft və metal qiymətləri olmaqla beynəlxalq əmtəə qiymətlərindəki kəskin enişin inflyasiyaya müsbət təsir etdiyi vurğulanıb.
"Epidemiyanın Türkiyə iqtisadiyyatı üzərindəki mənfi təsirlərinin məhdudlaşdırılması baxımından maliyyə bazarlarının, kredit kanalının və şirkətlərin nağd dövriyyəsinin sağlam işləməsi böyük əhəmiyyət daşıyır. Tətbiq olunan pul və maliyyə tədbirləri iqtisadiyyatın istehsal potensialını dəstəkləyərək maliyyə sabitliyinə və epidemiyadan sonra inkişafa kömək edəcəyi qiymətləndirilməkdədir. Son dövrdə diqqətə çarpan bir yaxşılaşma göstərən cari əməliyyatlar balansının, əmtəə qiymətləri və idxalın məhdudlaşmasının təsiri ilə 2020-ci il daxilində mülayim gedişatı nəzərdə tutulmaqdadır.
İnflyasiya proqnozaları, daxili tələb şərtləri və istehsalçı qiymətlərindəki proseslər ilə bağlı olaraq mülayim qalmaqdadır. Türk lirəsində müşahidə edilən dəyər itkisinə qarşı, başda xam neft və metal qiymətləri olmaqla beynəlxalq əmtəə qiymətlərindəki kəskin eniş inflyasiyaya müsbət təsir etməkdədir (inflyasiyanı azaldır). Cəmi tələb şərtlərinin inflyasiyaya məhdudlaşdırıcı təsirinin artdığı təxmin edilməkdədir. Bu proseslər ilə əlaqədar olaraq il sonu inflyasiya proqnozu üzərindəki risklərin aşağı istiqamətli olduğu qiymətləndirilmişdir.Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyəti faizdə 1 bənd endirim edilməsinə qərar vermişdir",- açıqlamada deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 35 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















