”Yapı Kredi Bank Azərbaycan”ın 1-ci rüb maliyyə göstəriciləri açıqlandı
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəriciləri açıqlayıb.
QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, bankın cəmi balans kapitalı ötən dövrlə müayisədə artaraq 80 milyon 393 min manata çatıb və verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə hesabat tarixinə ehtimal edilən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 44 milyon manat təşkil edir.
Bankın ümumilikdə cəlb etdiyi depozit portfeli 263 milyon manat təşkil edib. Fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin həcmində ötən ilin müvafiq dövri ilə müqayisədə 12 milyon manat artım müşahidə olunmuşdur.
Həmçinin, 2020-ci ilin birinci rübünün sonuna “Yapı Kredi Bank Azərbaycan”ın I dərəcəli kapitalının adekvatlıq əmsalı ötən ilin müvafiq dövri ilə müqayisədə 64% artaraq 37.8%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 56% artaraq 38.9%-ə çatmışdır. Bankın leverec əmsalı cari ilin ilk rübündə artaraq 18.2%-ə çatmışdır. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur.
Cari ilin birinci rübünün sonunda bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon manat artaraq 173 milyon manata bərabər olub.
2020-ci ilin ilk rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 72 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır. .
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarlarıı Koç Holding (Türkiyə) və UniCredit-dir (İtalya) .
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 16 d. əvvəl
-
17 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub


























