“EuroHome” tikinti materialları bazarı yenidən yandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Əraziyə FHN-in 32 texnikası, 145 nəfər şəxai heyət cəlb edilib.
“EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Ümumi sahəsi 22360 kvadratmetr olan “EuroHome” tikinti materialları bazarının 3300 kvadratmetr ərazisi yanıb.
Bu barədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov bildirib.
F.Əsədovun sözlərinə görə, digər ərazi yanğından mühafizə olunub.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi ərazidə olublar.
Xatırladaq ki, 2019-cu ilin Dekabr ayında da “Eurohome” Ticarət Mərkəzində yanğın baş vermişdi.
"OBYEKT QƏBUL EDİLMƏDƏN FƏALİYYƏTƏ ŞƏRAİT YARADILIB"
"Bir müddət əvvəl burda yanğın baş vermişdi. Həmin yanğından sonra obyektin rəhbərliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən plan üzrə təhlükəsizlik tədbirləri görülməsilə bağlı xəbərdarlıq edilmişdi. Lakin bu yanğın hadisəsi göstərir ki, yenə də tədbirlər tam görülməyib. Təmir-quraşdırılma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burda sahibkarların fəaliyyətinə şərait yaradılıb".
Bunu Binəqədi rayonundakı "EuroHome" tikinti materialları bazarındakı yanğın baş vermiş əraziyə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, FHN mütəmadi olaraq öz səlahiyyəti çərçivəsində tikinti və yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparır, çatışmazlıqlarla bağlı sahibkarlara xəbərdarlıq edir, hüquq-mühafizə orqanlarına müraciətlər göndərir: " Məsələn, bu sahibkar çox məsuliyyətsizdir ki, şəxsi obyektini bu cür təhlükəli şəraitdə işlədir. Bu cür hadisələrdən isə onun özü və burdakı digər sahibkarlar daha çox ziyan çəkir. Mənə belə gəlir ki, bu hadisədən sonra hüquq-mühafizə orqanları bu obyekt haqqında daha ciddi tədbir görəcəklər, belələri layiqli cəzalarını alacaq. Nəzarət qurumlarının göstəriş və təlimatlarına hər bir sahibkar əməl etməlidir".
Nazir qeyd edib ki, FHN əməkdaşları yanğının qısa müddətdə söndürülməsi üçün çalışıblar və qısa müddətdə yanğın söndürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
11 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
12 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
12 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















