“Azərkosmos” Afrika şirkəti ilə müqavilə imzalayıb
“Azərkosmos” Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder şirkət olan “Space Engineering” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə şirkətdən məlumat verilib.
Bu əməkdaşlığa əsasən, “Space Engineering” provayderi vasitəsilə “Mwangaza” televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq.
Kenya Respublikasında yayımlanan və təxminən 50 milyona yaxın izləyici və dinləyici auditoriyasına malik olan “Mwangaza” kanalında ingilis dilində gündəlik xəbərlər və sosial-iqtisadi mövzulu proqramlar nümayiş olunur.
Bundan əlavə, “Space Engineering” Şərqi Afrika regionunda “Azerspace-1” peykinin resursları vasitəsilə müştərilərinə data xidmətləri təqdim edəcək.
“Space Engineering” şirkəti ilə bu əməkdaşlığın qarşılıqlı fayda gətirəcəyinə əminik. Bu müqavilə Afrika regionunda, xüsusilə Kenyada yaşayan əhaliyə yüksək etibarlı peyk xidmətləri göstərmək istəyimizin göstəricisidir”, - “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye deyib.
“Biz “Azərkosmos”un keyfiyyətli peyk xidmətlərini istifadə etməkdən məmnunuq. “Azerspace-1” peykinin səmərəli peyk həlləri müştərilərimizə xidmət etmək üçün bizə geniş imkanlar verəcək”, - “Space Engineering” şirkətinin direktoru Martin Kivuva qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
4 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 8 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb





.jpg)









.jpg)








