Azərbaycanda krossover istehsalına başlanılıb
2019-cu ilin aprel ayından “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil edilən Naxçıvan Avtomobil Zavodunda artıq yeni modeldə avtomobillərin istehsalına başlanılıb.
Marja xəbər verir ki, Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən, hazırda zavodda ilkin olaraq 3 ədəd “FAW T-33” krossover (SUV) və 6 ədəd “FAW T-80” yük avtomobillərinin istehsalına başlanılıb.
Yaxın gələcəkdə isə əlavə olaraq “FAW T-33” krossover, “Lifan X-70” krossover və “Lifan L-7” minivan tipli avtomobillərin yığılmasına başlanılacaq. Növbəti mərhələdə isə 58 ədəd “FAW” modellərinin istehsalı nəzərdə tutulub.
Hazırda burada “Lifan” markalı avtomobillər ilkin olaraq 20 faizi ödənilməklə 48 ay müddətinə, “FAW” markalı avtomobillər isə ilkin olaraq 25 faizi ödənilməklə 36 ay müddətinə daxili kreditlə təklif olunur.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları, həmçinin Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzləri fəaliyyət göstərir.
Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 46 d. əvvəl
-
-
10 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
11 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Şəkər ixracı 4 dəfədən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
























