TAP qaz kəmərinin dəniz hissəsinin tikintisi başa çatıb
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) 105 kilometr uzunluğunda olan dəniz hissəsinin tikintisi uğurla başa çatıb.
Konsorsiumun yaydığı məlumata görə, bu mərhələyə İtaliyanın “Saipem” şirkətinə məxsus “Castoro Sei” barja vasitəsi ilə 36 düymlük borularının quraşdırılması, Alban sularında sahil infrastrukturu ilə yerüstü kommunikasiyaların qurulması, həmçinin təhlükəsizliyini və istismar hazırlığını təmin etmək üçün obyektin sınaqda keçirilməsi daxil idi.
Məlumatda qeyd edilir ki, 2020-ci il yanvarın ortalarında “Castoro Sei”nin göyərtəsində sınaqdan keçirilən borular, İtaliya sahillərindən Albaniyaya qədər Adriatik dənizinin dibi boyunca davamlı olaraq çəkilib. Adriatik dənizinin dibi ilə quraşdırılan borular 25 kilometri İtaliya ərazi sularında, 43 kilometri beynəlxalq sularda və 37 kilometri Albaniya ərazi sularında yerləşir. Boru kəmərinin ən dərin nöqtəsi dəniz səviyyəsindən təxminən 810 metr aşağıda yerləşir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ilin axırına kimi çatdırılacağı nəzərdə tutulur. Aprel ayının axırına olan məlumata əsasən, kəmərin inşa işləri 95,1% yekunlaşıb.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








