"Fed lazım olarsa bütün vasitələrini istifadə etməyə hazırdır"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell), bankın İyun yığıncağının ardından açıqlamalar verib.
Marja xəbər verir ki, Pauel, Fed-in lazım olduğu müddətcə bütün vasitələrini (alətlərini) istifadə etməyə hazır olduğunu söyləyib və Mayda məşğulluğun toparlandığının görüldüyünü bildirib. Ancaq məlumatlarda Mayda görülən toparlanmaya baxmayaraq işsizlik nisbətinin tarixi yüksək səviyyələrdə olduğunu vurğulayıb.
Pauel, mərkəzi bankın iqtisadiyyatı dəstəkləmək üçün bütün alətlərini istifadə etmək mövzusunda qərarlı olduğunu təkrarlayaraq "Lazım olduğu vəziyyətdə istiqraz alışlarını tənzimləməyə hazırıq" deyib. Pauel, alışların ehtiyaca görə tənzimləyəcəyini və iqtisadi artım ortaya çıxdıqca alətlərin "alət çantasına" geri qoyulacağını söyləyib.
Kredit axışı təmin edilməsinin iqtisadiyyatın işləməsi üçün həyati əhəmiyyətə malik olduğunu vurğulayan Fed sədri, "İnsanlar özlərini etibarda hiss edənə qədər tam bir yığışma mümkün deyil", -bildirib.
İqtisadi yığışmanın ilin ikinci yarısında başlamasının gözlənildiyini ifadə edən Pauel, sonrakı yığıncaqlarda iqtisadiyyatın istiqamətinə dair daha çox ipucu olacağını deyib.
İqtisadiyyatda ciddi qeyri-müəyyənliklər olduğunu söyləyən Pauel, pul siyasətinin yaxşı bir mövqedə olduğunu qeyd edib.
Pauel, "Faiz artırmağı düşünmürük" deyib və Fed-in 2022-ci il üçün faizi proqnozunun 2.1%-dən 0.1%-ə endiyini əlavə edib.
Fed sədri, gələcək aylarda məşğulluqda ciddi bir artım ola biləcəyini ifadə edib.
Bazar funksiyalarında yaxşılaşma olduğunu qeyd edən Fed sədri buna qarşı pandemiya əvvəli səviyyəyə hələ dönülmədiyi söyləyib. Pauel, "Bir çox iş yenidən açılacaq ancaq hər kəs yenidən işlə təmin edilməyəcək" deyib.
Həmçinin oxu
Fed faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)









