Smart Mebelin sadə versiyasının istehsalına başlandı
(®) Azərbaycanda fərdi sifarişlər əsasında müxtəlif kateqoriyalı mebellər istehsal edən Qardaşlar mebel şirkəti smart mebelin sadə versiyasını da istehsal etməyə başlayıb.
Şirkətin rəhbəri Əli Mirzəyev mebel sektorunda çalışmalarına baxmayaraq ofislərdə çalışan əməkdaşların iş keyfiyyətini artırmaq üçün hər zaman axtarışda olduqlarını vurğulayıb:
“Biz istəyirik ki, təqdim etdiyimiz rahatlıq hər kəs üçün əl çatan olsun. Bunun üçün də smart ofis mebelinin sadə versiyasını da istehsal etməyi qərara aldıq. Bu versiyada əsas funksionallıqlardan biri olan masa istifadəçinin istəyinə əsasən yuxarı və aşağı istiqamətdə hərəkət etməsi mexanizmini saxlamışıq. Apardığımız araşdırmalar göstərir ki, dizaynerlər, maliyyəçilər, informasiya texnologiyaları və digər sahələrdə çalışanlar iş vaxtının çox hissəsini masa arxasında keçirir. Bu isə zamanla onların sağlamlığında müxtəlif problemlərin yaranmasına səbəb olur. Nəticədə bu problemlərin yaranması şirkət əməkdaşlarının gördüyü işin keyfiyyətində də özünü büruzə verir.”
Əli Mirzəyev sadə versiyada istehsal olunan smart mebelin qiyməti ilə bağlı da fikir bildirib:
“İstehsal etdiyimiz sadə versiyalı smart ofis masasının qiyməti eyni modelin tam komplektasiyası ilə müqayisədə daha münasibdir. Biz insanların ofis daxilində sağlam şəraitdə işləyib yaratmaları üçün çalışırıq.”
Qeyd edək ki, Qardaşlar mebel şirkətinin təqdim etdiyi smart ofis masasının tam komplektasiyalı forması özündə noutbuk üçün soyutma sistemi, mayeni isti saxlamaq üçün qızdırıcı, telefonun enerjisini doldurmaq üçün naqilsiz qurğu, blutuz ilə çalışan səs sistemi və 2 ədəd USB giriş yeri kimi özəllikləri birləşdirir. Smart ofis masaları ilə maraqlan şirkət və ya fərdi şəxslər (077) 486 – 24 – 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 4 d. əvvəl
- 8 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)





.jpg)
