İlk yerli kombayn test edildi
Gəncə Avtomobil Zavodunda yeni kombaynların yığılması həyata keçirilir. Ötən gün ilk belə kombaynlardan biri Oğuz rayonunda test sınaqlarından keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Oğuzun Sincan kəndindəki taxıl sahələrindən birində test edilən kombaynı müşahidə edənlər sırasında “Aqrolizinq” ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanov da olub. Sədr bununla bağlı deyib: “Xoş təsadüf ondan ibarətdir ki, artıq bu ildən etibarən ölkəmizdə yerli “Sampo” markalı kombayn istehsalına başlanılıb. Səhmdar cəmiyyətimiz həmin kombaynların müvafiq alqı-satqı müqaviləsi ilə satınalınmasını həyata keçirib. Hazırda işləyən kombayn məhz yerli, tam müasir kombayndır ki, biz ilk dəfə Oğuz rayonunda onun sınağını həyata keçiririk”.
Elmin Rəhmanov yaxın illərdə fermer və sahibkarların bu texnikaya olan tələbatını ödəmək məqsədi ilə Gəncədə kombaynların yığılmasının sürətləndiriləcəyini diqqətə çatdırıb. Bu kombaynların yığılması xaricdən alınan texnikalardan həm keyfiyyətinə, həm də qiymətinə görə fərqlənir.
Yerli kombaynın gətirilməsinə sevinənlərdən biri də fermer Mehralı Səfərəliyevdir. Çünki ilk olaraq onun sahəsində biçin aparılırdı. Ömrünün 30 ilini əkinçiliyə həsr edən fermer bildirdi ki, bu günlər çox sevindirici hal yaşayır: “On ilə yaxın idi köhnə bir kombaynla çalışırdım. Kombayn bir gün işləyir, beş gün sınırdı. Bu zaman həm məhsul keyfiyyətdən düşür, həm də çox itkiyə gedirdi. Bu gün isə yeni kombayn cəmi bir neçə saatda zəmilərdən birinin biçinini uğurla başa çatdırdı”.
Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, bu il sahələrə 80-ə yaxın kombayn cəlb edilib. Yerli istehsal olan kombaynın gətirilməsi isə Sincan kənd fermerlərinin əvvəlki illərdən fərqli olaraq biçini vaxtında və itkisiz başa çatdırmasına böyük töhfə vermiş olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)


