SOCAR AQŞ “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edir
SOCAR AQŞ 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə COVID-19 pandemiyası ilə bağlı medianın ictimaiyyəti məlumatlandırma işinə dəstək olmaq məqsədilə jurnalistlər üçün müsabiqə elan edir. “Milli mətbuat koronavirusa qarşı” adlı layihə SOCAR AQŞ kollektivinin şirkət daxilində yaratdığı “Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, “INPRESS PR Solution” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Jurnalistlər 1 iyun 2020 – 16 iyul 2020 tarixləri ərzində mediada yayımlanmış və ya yayımlanacaq koronovirusla bağlı maarifləndirmə mövzusunda materiallarını təqdim edərək müsabiqəyə qatıla bilər. Ənənəvi media və yeni media nümayəndələrinin iştirak edə biləcəyi müsabiqənin şərtləri aşağıdakı kimidir:
-Materiallar 1) Pandemiya dövründə səhiyyə və sağlamlıq, 2) Pandemiya dövründə iqtisadiyyatın inkişafı, 3) Pandemiya dövründə təhsil, 4) Pandemiya dövründə xidmət göstərən peşə sahələri, 5) Pandemiya dövründə həyat tərzi, 6) Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığın rolu və 7) Koronavirus barədə saxta məlumatların ifşası adlı kateqoriyalarının hər hansı birinə aid olmalıdır.
-Materiallar mütləq ictimaiyyətin məlumatlandırmasına və maarifləndirməsinə xidmət etməlidir.
-Materialda qeyd olunan məlumatların mənbələri göstərilməlidir. Əsassız, sübutu olmayan mülahizələrə söykənilməməlidir.
-Multimedia (video, fotoslayder, infoqrafika, test (özünü yoxla) elementlərin istifadə olunduğu materiallara üstünlük veriləcək.
-Materiallar internet resurslara yüklənərək e-mail vasitəsilə təqdim olunmalıdır. Çap mediası (qəzet və jurnallar) öz materialını malik olduğu internet resurslarında (sayt, Youtube kanalı, sosial media hesabları və s.) yerləşdirə bilər
-Müsabiqəyə qatılmaq istəyən jurnalist materialın 1 iyun 2020 – 16 iyul 2020 tarixləri ərzində mediada yayımlandığını onu təqdim edərkən isbat etməlidir.
-Bir jurnalist yalnız 1 material təqdim edə bilər.
Layihənin icra edilməsində “INPRESS PR Solution” şirkəti SOCAR AQŞ əməkdaşlarına dəstək göstərəcək. Müsabiqənin müvafiq qaydalara uyğun şəffaf keçirilməsinə, seçim prosesinin təşkilinə, münsiflər heyətinin formalaşdırılmasına və qaliblərin seçilərək elan olunmasına birbaşa “INPRESS PR Soulutions” məsuliyyət daşıyır.
Karantin qaydalarına uyğun olaraq, materiallar onlayn formada qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini [email protected] email ünvanına başlıqda “Milli mətbuat koronavirusa qarşı” və elektron məktubda 7 kateqoriya adından uyğun olan birini qeyd edərək göndərməlidirlər. 16 iyul saat 23:59-dək təqdim olunan materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqları araşdırılıb təsdiq olunduqdan sonra 5 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunacaq. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Onlar özləri də digər münsif həmkarlarının kimliyi barədə xəbərsiz olacaq. Hər bir jüri üzvi materiallara fərdi qiymət verəcək və 5 jüri üzvinin qiymətlədirməsi toplanaraq ümumi nəticə çıxarılacaq.
Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 30 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ərəfəsində “INPRESS PR Solution” şirkəti tərəfindən elan ediləcək. Materialı seçilən jurnaistlərin hər birinə SOCAR AQŞ-nin “Koronavirusla mübarizə üçün ianə fondu” tərəfindən dəyərli hədiyyələr bağışlanacaq.
Müsabiqə ilə bağlı suallar üçün “INPRESS PR Solutions” şirkəti ilə email ([email protected]) və telefon : (+994 50 310 42 40) vasitəsilə əlaqə saxlanıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
23 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi





















.jpg)
