İnvestAZ 400 milyon manatlıq tenderin qalibi oldu
Teder istiqraz yerləşdirilməsi və anderraytinqi üzrədir"İnvest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə xidmətlərin satın alınması ilə bağlı keçirilmiş açıq tenderin qalibi elan olunmuşdur.
Şirkətdən MArja-ya verilən məlumata görə, ümumi həcmi 400 (dörd yüz) milyon manat olan istiqrazların buraxılışı tranşlarla keçiriləcək və Bakı Fond Birjasında hərraclar vasitəsilə yerləşdiriləcəkdir. Yerləşdirmənin başlanma tarixi Bakı Fond Birjasında və İnvest-AZ İnvestisiya Şirkəti QSC-nin rəsmi internet səhifələrində açıqlanacaqdır.
İpoteka istiqrazlarını əldə etmək istəyən fiziki və hüquqi şəxslər müraciətlərini *1234 nömrəsi ilə əlaqə saxlayaraq və ya [email protected] e-poçtu vasitəsilə ünvanlaya bilərlər.
Xidmətlərini daim yüksək innovasiyalar və yeniliklər ilə zənginləşdirən şirkət, 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Şirkətin əsas məqsədlərindən biri, ölkəmizdə maliyyə və investisiya alətlərini inkişaf etdirmək və Azərbaycan investorlarına, eləcə də bu sahəyə yeni maraq göstərənlərə daim dəstək olmaqdır.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
57 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























