“AccessBank” Sahibkarlığın İnkişafı Fondu ilə sahibkarlara dəstək olacaq
(®️) 2002-ci ildən fəaliyyət göstərən və Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank”, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma imzalayıb.
Razılaşmaya əsasən, müştərilərə 2 məhsul üzrə dəstək göstəriləcək. Yeni məhsullardan Covid-19 pandemiyası səbəbindən biznesində və biznes kreditlərinin ödənilməsində çətinlik yaşayan sahibkarlar yararlana biləcək. Məhsullardan Bankın həm cari, həm də yeni müştəriləri istifadə edə biləcək.
“AccessBank”ın Mikro və Aqro müştərilərlə iş üzrə Departamentinin rəhbəri Arzu Qurbanova yeni razılaşmanın sahibkarlarlığa çətin anda dəstək olmaqla yanaşı, post-pandemiya dönəmində sahibkarlara bizneslərini davam etdirmələri üçün yeni stimul verəcəyinə əmindir:”Ölkəmizdə mikro və makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı xüsusi proqramlar icra olunur. Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, “AccessBank” sahibkarlıqla bağlı dövlət proqramlarının əsas dəstəkçisi və iştirakçısıdır. Sahibkarlığın İnkişafı Fondu ilə imzalanmış yeni razılaşma əsasında, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən müştərilərimizə, həmçinin Bankın verdiyi kreditlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən yeni müştərilərə yardım etməyə hazırıq.”
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 4 saat əvvəl
-
4 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
5 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!























