“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının icra vəziyyətini müzakirə edib
Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə elektroenergetika sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov elektroenergetika sahəsində hazırda İranla birgə həyata keçirilən layihələr üzrə görülən işlər və növbəti icra prosesləri ilə bağlı mövqeyini diqqətə çatdırıb, “Azərenerji” ASC ilə İranın “Tavanir” şirkəti arasında imzalanmış “Elektrik enerjisinin alqı-satqı müqaviləsi”nin müddətinin 2020-ci ilədək uzadılmasını bu sahədə əməkdaşlığı dəstəkləyən addım kimi qiymətləndirib. Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də “Ordubad” Su Elektrik Stansiyası layihələrinin icra vəziyyəti müzakirə edilib. Bu layihələr üzrə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, müvafiq Texniki Komissiyaların iclaslarının yaxın vaxtlarda keçirilməsi qərara alınıb. İranla sərhəd ərazidə elektrik enerjisi stansiyanın tikintisi layihəsi ilə bağlı da müzakirələr aparılıb. Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının hər iki ölkə üçün əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın Konsaltinq və Mühəndislik şirkəti tərəfindən hazırlanmasına dair hər üç ölkənin müvafiq razılıqları əldə edilib. Görüşdə, həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi əməkdaşlığının perspektivlərinə də toxunulub. Bütün məsələlər üzrə təmasların intensiv səkildə davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)


