Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçiridi
Avqustun 14-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Şahmar Mövsümovun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.
Video müşavirədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilati məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib.
Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı tapşırıqlar verib.
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında" Fərman imzalayıb. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb.
“Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 43 d. əvvəl
- 54 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


